-
Quterreş ABŞ-ın İranda toy mərasiminə hücumundan narahatlığını bildirib
Sen 04, 2026 11:05BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İrana, o cümlədən bir toy mərasiminə endirdiyi zərbələrdən ciddi narahatdır. Dujarrikin sözlərinə görə, Quterreş mülki şəxslərə qarşı bütün hücumları pisləyir.
-
Düşmən haqqında dəyərli məlumatlar əldə etmişik
Sen 03, 2026 13:47İran Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, müharibə zamanı düşmənə kömək edən texnoloji imkanlar barədə qiymətli və dəqiq məlumat və təhlillər əldə edilib.
-
ABŞ-ın toy mərasiminə hücumu müharibə cinayətidir
Sen 03, 2026 13:41İranın BMT-dəki səfiri və nümayəndə heyəti rəhbərinin müavini ABŞ-ın İranın cənubundakı Hörmüzqan vilayətində toy mərasiminə qarşı həyata keçirdiyi hücumu pisləyib. O, hücumu müharibə cinayəti və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
-
Avropa İttifaqı Ermənistanla ticarəti müvəqqəti liberallaşdırır
Sen 03, 2026 13:31Avropa İttifaqı Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını nəzərdə tutan tədbirləri dəstəkləyib. Qərar Avropa Parlamenti tərəfindən təsdiqlənərsə, Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi iki il müddətinə gömrük rüsumlarından azad ediləcək. Aİ bu addımı Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin iqtisadi təsirlərini azaltmaq və İrəvanla ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır.
-
Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra mövqeyimiz dəyişdi
Sen 03, 2026 13:19Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Moskvanın mövqeyinə sonuncu dəfə münasibət bildirmək istədiyini, bundan sonra isə bu mövzuya qayıtmayacağını deyib.
-
ABŞ-ın bütün əməlləri şeytanı təqlid etməkdir, ABŞ-ın özü isə böyük şeytandır
Sen 02, 2026 17:36İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Köhestəkdə toy mərasiminə qarşı törətdiyi son cinayətə münasibət bildirərək yazıb: “ABŞ-ın bütün əməlləri şeytanı təqlid etməkdir, ABŞ-ın özü isə böyük şeytandır.”
-
ABŞ-ın İranda toy mərasiminə hücumu tammiqyaslı hərbi cinayətdir
Sen 02, 2026 17:30Yəmən İnsan Hüquqları Heyəti İranın cənubundakı Sirik şəhərində toy mərasiminə hücum edən ABŞ terrorçularının törətdiyi hərbi cinayəti qətiyyətlə pisləyib.
-
“ İran və Rusiya prezidentləri nüvə məsələləri ilə bağlı danışıqlar aparıblar
Sen 02, 2026 17:26“Rosatom” dövlət şirkətinin baş direktoru bildirib ki, İran və Rusiya prezidentləri çərşənbə axşamı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirdikləri ikitərəfli görüşdə nüvə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Buşəhr Atom Elektrik Stansiyasının vəziyyətini nəzərdən keçiriblər.
-
İki qayda pozan neft tankeri minaya düşərək partlayıb və hərəkətsiz qalıb
Sen 02, 2026 17:22İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda iki neft tankerinin minalanmış əraziyə daxil olduqdan sonra minaya düşərək partladığını və hərəkətsiz qaldığını bildirib.
-
İranın yeni strategiyası sizin dayaqlarınızı sarsıdıb məhv edəcək
Sen 02, 2026 17:16İran Ali Milli Təhlükəsizlik Şurasının katibi düşmənə müraciət edərək bildirib: “Tezliklə İranın müharibə meydanında, diplomatiyada və iqtisadi mühasirəyə qarşı mübarizədə yeni strategiyasının sizin dayaqlarınızı sarsıdıb məhv edəcəyini görəcəksiniz.”